• 19 Sentyabr 2020
logo
Paşinyanın reytinqi tarixi anti-rekord vurub

Paşinyanın reytinqi tarixi anti-rekord vurub

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi rekord həddə aşağı düşüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Qeyd olunur ki, keçirilmiş 3 ayrı rəy sorğusu N.Paşinyanın reytinqinin kəskin azaldığını göstərib. Sorğulardan birinin nəticəsinə, əsasən respondentlərin 17,2 faizi baş nazirə etimad göstərdiyini bildirib.

Məlumatlara əsasən, bu cür aşağı göstəricilər hökumət daxilində narazılıqlara yol açıb. Xüsusilə də Milli Təhlükəsizlik Xidmətinin aşağı reytinqi olan baş nazirin istəklərini yerinə yetirməkdə həvəssiz olduğu deyilir.