ABŞ növbəti bir neçə həftə ərzində İraqdakı qoşunlarının 40 faizdən çoxunu çıxaracaq. Bunu Yaxın Şərq bölgəsindəki ABŞ qoşunlarının komandanı Kennet Makkenzi deyib. O qeyd edib ki, sentyabrın sonunadək İraqdakı ABŞ hərbçilərinin sayı 5 200 nəfərdən 3 min nəfərədək azaldılacaq. Ölkədə qalan hərbçilər İraq ordusuna terrorçuluqla mübarizədə dəstək və məsləhət xidmətləri göstərəcək.