• 22 Sentyabr 2020
logo
İdlibdə Türk ordusunun generalı ölüb

İdlibdə Türk ordusunun generalı ölüb

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin general-mayoru Sezgin Erdoğan ölüb.

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sezgin Erdoğan vəzifəsini icra edərkən səhhəti pisləşib və xəstəxanaya aparılıb.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.