• 23 Oktyabr 2020
logo
Çexiyada qatar qəzası - Onlarla yaralı var

Çexiyada qatar qəzası - Onlarla yaralı var

Çexiyanın cənub-qərbindəki Kdine şəhərində sərnişin qatarı dəmir yolunun təmiri ilə məşğul olan texniki xidmət vaqonu ilə toqquşub.

Hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralananlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ehtimal olunur ki, qəza sərnişin qatarının maşinistinin diqqətsizliyi səbəbindən baş verib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.