• 25 Aprel 2024
logo
Sinqapurda ağcaqanad çoxalıb, dengedən ölənlərin sayı da - 9 nəfər

Sinqapurda ağcaqanad çoxalıb, dengedən ölənlərin sayı da - 9 nəfər

Sinqapurda ilin əvvəlindən denge qızdırmasından ölənlərin sayı 9 nəfərə çatıb.
Ölkənin ətraf mühit üzrə Milli Agentliyi bu göstəricinin ölkə tarixində rekord dərəcədə olduğunu bəyan edib.
Ümumlikdə isə ölkədə təxminən 9 mindən çox bu virusa yoluxma halı qeydə alınıb.
Məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
Xəstəliklə bağlı ölüm faktlarının ayrı-ayrı rayonlarda qeydə alındığı bildirilir.
Xəstəliyin geniş vüsət almasının səbəbi kimi bu virusun əsas yayıcısı olan "Aedes aegypti" ağcaqanadlarının çoxalmsı göstərilir.