• 27 Sentyabr 2020
logo
BMT Rusiyanı Navalnıya qarşı hücumla bağlı istintaq aparmağa çağırıb

BMT Rusiyanı Navalnıya qarşı hücumla bağlı istintaq aparmağa çağırıb

BMT rəsmi Moskvanı Rusiyanın müxalifət lideri Aleksey Navalnıya qarşı hücumla bağlı istintaq aparmağa və ya aparılan beynəlxalq araşdırma prosesində əməkdaşlığa çağırıb.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişelle Baçelet bəyanat yayıb.

"Son iyirmi ildə Rusiyanın öz daxilində və ya xaricdə hazırkı və ya keçmiş Rusiya vətəndaşlarının zəhərlənmə və ya digər məqsədli sui-qəsd hallarının sayı olduqca narahatedicidir. Belə hallarla bağlı araşdırma hərtərəfli, şəffaf, müstəqil və qərəzsiz olmalıdır", - Ali Komissar bildirib.
Baçelet xəstəxanalardan verilən məlumatlarda Aleksey Navalnının birmənalı şəkildə zəhərləndiyi göstərildiyini deyib: "Zəhərlənməni sadəcə inkar etmək kifayət deyil. Rusiyada əvvəlki zəhərlənmə hadisələri ilə bağlı hüquqi prosedurlarının başladılmaması cəzasızlığa gətirib çıxardıb. Navalnı hökumət üçün siyasi tikan olsa da, açıq şəkildə dövlət müdafiəsinə ehtiyacı olan biri idi".