• 28 Sentyabr 2020
logo
"Taliban" 10 nəfəri girov götürüb

"Taliban" 10 nəfəri girov götürüb

“Taliban” terror təşkilatının silahlıları Əfqanıstanın şimal-şərqindəki Pəncşir əyalətində azı 10 nəfəri girov götürüb.

Bunu Əyalət Şurasının rəhbəri Əzmüddin Mirzəye bildirib.

Qeyd olunur ki, girov götürülənlər məscidə aparılıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib.

Girovların olduğu məscid mühasirəyə alınıb. Saxlanan şəxslərin azad edilməsi üçün əməliyyat hazırlanır.