• 28 Sentyabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 45 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1729 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6020 nəfər karantində saxlanılır, 299 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1321 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.