• 20 Oktyabr 2020
logo
Gürcüstan qapalı məkanların fəaliyyətinə nəzarəti gücləndirir

Gürcüstan qapalı məkanların fəaliyyətinə nəzarəti gücləndirir

Gürcüstanda sosial tədbirlərin qapalı məkanlarda keçirilməsinə nəzarət gücləndiriləcək. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, açıq məkanlarda tədbirlərin keçirilməsinə еələblər nisbətən yüngül olacaq: “Xüsusilə qapalı yerlərdə sosial tədbirlərin və ritualların həyata keçirilməsinə nəzarəti gücləndirmək lazımdır. Son aylarda Acarıstan bölgəsində bunun mənfi təsirlərinə dair nümunə gördük. Bənzər sosial hadisələrin ötürülmə mənbəyinə çevrilməsi ilə bağlı bir neçə nümunə var. Buna görə də sosial tədbirlərin qapalı şəraitdə keçirilməsinə nəzarət gücləndiriləcək".