• 24 Sentyabr 2020
logo
“Hayşen” Cənubi Koreyaya çatıb

“Hayşen” Cənubi Koreyaya çatıb

Həftəsonu Yaponiyada tüğyan etmiş “Hayşen” qasırğası Cənubi Koreyanın cənub sahillərinə çatıb.

Trend-in məlumatına görə, qasırğa Ulsan şəhərində ciddi fəsadlar törədib.

Qeyd olunur ki, ölkənin cənubundakı 10 hava limanında ümumilikdə 300 reys təxirə salınıb. Qatarların hərəkəti dayanıb.

Xatırladaq ki, “Hayşen” qasırğası nəticəsində Yaponiyada 50-dək sakin xəsarət alıb. 430 mindən çox ev işıqsız qalıb.