• 25 Oktyabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 1684 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1684 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 34 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1684 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6020 nəfər karantində saxlanılır, 299 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1315 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.