• 27 İyul 2024
logo
İran kəndlərində çalışan rabitəçilər parlament qarşısında etiraz aksiyası keçirib

İran kəndlərində çalışan rabitəçilər parlament qarşısında etiraz aksiyası keçirib

İranın 15 əyalətindən bir qrup rabitə işçisi Tehranda Parlament binası qarşısında etiraz aksiyası keçirir.

APA-nın Tehran bürosunun məlumatına görə, Kənd Telekommunikasiya Vasitələri Həmkarlar İttifaqlarının katibi Həsən Qurbanzadə deyib ki, rabitə işçiləri artıq ikinci gündür ki, Parlament binası qarşısında aksiya keçirir.

Onun sözlərinə görə, aksiya iştirakçıları ölkənin rabitə sistemində kənd və şəhərdə çalışan işçilər arasında maaş fərqinin aradan qaldırılması, onlarla daimi iş müqavilələrinin bağlanmasını, həmçinin, bir neçə ildir gecikmiş sığorta pulunun ödənilməsini tələb edirlər.

Akisyada İranın Şimali Xorasan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qəzvin, Gilan, Həmədan, Xuzestan, Lorestan və Hörmüzqan əyalətindən rabitə işçiləri iştirak edib.