• 23 Sentyabr 2020
logo
NATO Aleksey Navalnının zəhərlənməsi ilə bağlı iddiaları müzakirə edəcək

NATO Aleksey Navalnının zəhərlənməsi ilə bağlı iddiaları müzakirə edəcək

NATO Aleksey Navalnının Rusiyanın hökumət institutları tərəfindən zəhərlənməsi ilə bağlı iddiaları müzakirə edəcək.

APA-nın "The Brussels Times"a istinadən verdiyi xəbərə görə, NATO-ya üzv dövlətlərin səfirləri bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında bir araya gələrək Rusiya müxalifət lideri Aleksey Navalnıya Rusiya hökuməti tərəfindən hücum məsələsini müzakirə edəcəklər.
Müzakirələrin sonunda NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, daha öncə NATO Baş katibi Yens Stoltenberq Aleksey Navalnının zəhərlənməsini şiddətlə qınadığını bəyan etmişdi.
"Almaniya Aleksey Navalnının "Noviçok" hücumunun qurbanı olduğunu açıqladı. Rusiyanın tam və şəffaf istintaq aparmasını daha da aktuallaşdıran hərbi dərəcəli bir sinir iflicedici maddənin istifadəsini şiddətlə qınayıram. Bunun nəticələri barədə Almaniya və bütün NATO müttəfiqləri ilə məsləhətləşəcəyik", -deyə Yens Stoltenerq "Twitter"də bildirmişdi.
Qeyd edək ki, Almaniya kanslerinin mətbuat katibi Ş. Zaybert deyib ki, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.