• 19 Sentyabr 2020
logo
İranda sərnişin avtobusu qəzaya uğrayıb

İranda sərnişin avtobusu qəzaya uğrayıb

İranda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, sərnişin avtobusu Kərəc-Qəzvin magistral yolunda yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

İran Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə 6 təcili tibbi yardım avtomobili, 1 təcili tibbi yardım avtobusu və vertolyot cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.