• 27 Sentyabr 2020
logo
İranda son sutkada 129 nəfər koronavirusdan ölüb

İranda son sutkada 129 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 129 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 926 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 994 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 380 746 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 702 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 328 595 nəfər koronavirusdan sağalıb.