• 24 Sentyabr 2020
logo
Gürcüstanda kafe və restoranlarla bağlı qaydalar yumşaldılır

Gürcüstanda kafe və restoranlarla bağlı qaydalar yumşaldılır

Gürcüstanda açıq havada fəaliyyət göstərən kafe və restoranlarla bağlı qaydalar yumşaldılır.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkədə bu həftədən etibarən açıq havada fəaliyyət göstərən kafe və restoranlarda eyni masa arxasında 12 nəfərin əyləşməsinə icazə veriləcək. Qaydalara dəyişikliyin məqsədinin qapalı salonların koronavirusa yoluxma riskini artırması və insanları açıq hava restoranlarına üstünlük verməyə təşviq etmək olduğu bildirilir. Qapalı məkanlarda isə maksimum 6 nəfərin eyni masa arxasında əyləşməsinə icazə veriləcək.