• 29 Sentyabr 2020
logo
Belarus Dövlət Təhlükəsizlik Komitəsi və Dövlət Təhlükəsizlik Şurasına yeni rəhbərlər təyin edilib

Belarus Dövlət Təhlükəsizlik Komitəsi və Dövlət Təhlükəsizlik Şurasına yeni rəhbərlər təyin edilib

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinə və Dövlət Təhlükəsizlik Şurasına yeni rəhbərlər təyin edib.

APA-nın "Belta"ya istiandən verdiyi xəbər görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin qərarı ilə indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri postunda çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının Dövlət katibi təyin edilib. Dövlət Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edilən Andrey Ravkov bu ilin yanvarında bu posta təyin olunmuşdu.

Prezidentin digər qərarı ilə indiyə qədər Dövlət Nəzarət Komitəsinin rəhbəri postunda çalışan İvan Tertel Belarus Dövlət Təhlükəszilik Komitəsinin rəhbəri təyin edilib.