• 4 İyul 2025
logo
Suriyanın hava müdafiəsi hərbi hava limanına raket hücumunu dəf edib

Suriyanın hava müdafiəsi hərbi hava limanına raket hücumunu dəf edib

Suriyanın hava hücumundan müdafiə sistemləri Homs vilayətindəki hərbi hava limanına raket hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə SANA agentliyi bildirib.

Məlumata əsasən, zərbələr İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən ABŞ bazasının yerləşdiyi Əl-Tanf sərhəd rayonundan endirilib.

Bildirilib ki, Homs vilayətinin şərqində yerləşən T-4 hərbi hava limanı hücuma məruz qalıb:

"Suriyanın hava hücumundan müdafiə sistemləri düşmən hədəflərinin çoxunu vurmağı bacarıb".

Mənbə bildirir ki, yalnız maddi ziyan dəyib, şəxsi heyət arasında itki yoxdur.