• 29 Oktyabr 2020
logo
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni koronavirusa yoluxub

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni koronavirusa yoluxub

İtaliyada dörd dönəm hökumətə rəhbərlik etmiş sabiq baş nazir Silvio Berluskonidə koronavirus aşkarlanıb.

APA “The Guardian”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan dövlət rəsmilərindən biri məlumat verib.

Qeyd edilib ki, 83 yaşlı sabiq baş nazir COVID-19 testi verib, nəticəsi müsbət çıxıb. Hazırda o, Milan yaxınlığında yerləşən Arkordakı evində müalicə olunur.

“Berluskoninin virusa yoluxmasına baxmayaraq, sentyabrda keçirilməsi planlaşdırılan yerli seçkilərdə “Forza” partiyasından namizəd kimi təşviqat kampaniyasını davam etdirəcək”, - məlumatda bildirilib.