• 2 Oktyabr 2020
logo
Gürcüstanda seçkilərə qanunsuz müdaxilə edənlər həbs olunacaq

Gürcüstanda seçkilərə qanunsuz müdaxilə edənlər həbs olunacaq

Gürcüstan parlamenti seçkilərə qanunsuz müdaxiləyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Parlamentin iclasında iştirak edən 77 millət vəkilinin hamısı Seçki Məcəlləsinə və Cinayət Məcəlləsinə nəzərdə tutulan düzəlişin lehinə səs verib.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsinə əsasən, seçicilərin məcbur edilməsi, onlara hədə-qorxu gəlinməsi, gizliliyin pozulması, kimi faktlara görə cinayət məsuliyyəti nəzərdə tutulacaq. Düzəlişə əsasən cinayət hallarına yol vermiş şəxs 2 ilədək azadlıqdan şərti məhrum etmə, ev dustaqlığı və ya 3 ilədək həbs edilə bilər.

Qeyd edək ki, bu il oktyabrın 31-də Gürcüstan parlamentinə seçkilər keçiriləcək.