• 27 Sentyabr 2020
logo
Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

"Avqustun 31-də sentyabrın 1-dək alkoqoldan zəhərlənmə diaqnozu ilə 27 nəfər xəstəxanalara gətirilib, onlardan 14-ü ölüb. 20 nəfər Armavirdə zəhərlənib ki, onlardan 9-u vəfat edib. Bu şəxslər eyni yerdən alınmış, ev istehsalı olan alkoqollu içkidən içiblər", - deyə o qeyd edib.

Mətbuat katibinin sözlərin görə, digər 7 zəhərlənmə halı İrəvanda qeydə alınıb. Onlardan 5 nəfər ölüb, 2 nəfərin müalicəsi isə davam edir.

"Zərərçəkənlərdən bəziləri arağı əvəz edən tibbi spirtli içki qəbul ediblər. Digərlərinin istifadə etdikləri alkoqol növünü aşkar etmək üçün epidemioloji müayinələr aparılır", - deyə mətbuat katibi deyib.

Qeyd edək ki, bundan əvvəl 11 nəfərin alkoqoldan zəhərlənərək öldüyü açıqlanmışdı.