• 24 Sentyabr 2020
logo
Koronavirusla mübarizə qərargahının rəhbəri: “Tehranda pandemiyanı nəzarətə götürmək çox çətindir”

Koronavirusla mübarizə qərargahının rəhbəri: “Tehranda pandemiyanı nəzarətə götürmək çox çətindir”

Tehranda koronavirus pandemiyasını nəzarətə götürmək çox çətindir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran əyalətində Koronavirusla mübarizə qərargahının rəhbəri Əlirza Zali deyib.

Məktəblərin açılmasına görə narahatlığını bildirən Ə. Zali qeyd edib ki, yalnız Tehranın 4-cü rayonunda 960 min əhali yaşayır ki, bu, İlam əyalətinin əhalisindən 1,5 dəfə çoxdur və virusla mübarizəni nəzarətə götürmək üçün bir nümunədir.

“Tehranda 14 milyon 800 min nəfərdən çox insan yaşayır. Hər gün 400 min avtomobil yalnız Əlborz əyalətindən Tehrana daxil olur. Sutkada 850 min nəfər metrodan, 800 min nəfər avtobusdan istifadə edir. Ən az 75 min taksi fəaliyyət göstərir. Məktəblərin açılması üçün narahatlıq yaradan məsələlərdən biri də ictimai nəqliyyatdan istifadənin artması və virusun daha da yayılmasıdır”.

Ə. Zali koronavirusun üçüncü dalğası ilə bağlı xəbərdarlıq edib, bildirib ki, payızda bu virusun daha geniş yayılması gözlənilir.