• 21 Sentyabr 2020
logo
Lavrov: "Rusiya Vaşinqton və Tehran arasında birbaşa dialoqu dəstəkləməyə hazırdır"

Lavrov: "Rusiya Vaşinqton və Tehran arasında birbaşa dialoqu dəstəkləməyə hazırdır"

Rusiya Vaşinqton və Tehran arasında birbaşa dialoqu dəstəkləməyə hazırdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbə və müəllim heyəti önündə çıxışında bildirib.

"Biz ABŞ və İran arasında birbaşa dialoqu dəstəkləməyə hazırıq. Hər iki ölkə bununla maraqlanarsa, belə bir dialoq üçün şərait yaranmasına kömək etməyə hazırıq", - deyə S. Lavrov bildirib.

ABŞ-ın İrana qarşı yenidən sanksiyaların tətbiq olunması ilə bağlı BMT-yə müraciətinə toxunan Rusiya XİN başçısının sözlərinə görə, Hərtərəfli Birgə Fəaliyyət Planından çıxan ABŞ indi bu razılaşmada nəzərdə tutulan, BMT-nin tətbiq edə biləcəyi və 2015-ci ildə İranla razılaşma əldə olunduqdan sonra ləğv edilən İrana qarşı tətbiq olunan sanksiyaların geri qaytarılmasının mümkün olduğu kompleks hüquqi mexanizmdən istifadə etmək istədiyini bildirib: “Bu, ağlasığmazdır. Birincisi, sanksiyaların bərpası üçün heç bir səbəb yoxdur, çünki İran bütün öhdəliklərə əməl edir. İkincisi, ABŞ razılaşmadan çıxaraq artıq Hərtərəfli Birgə Fəaliyyət Planındakı hüquqlarını itirib. Əlbəttə ki, Respublikaçılar Partiyasının simvolunun fil olduğunu başa düşürəm, amma dünya Çin dükanı deyil", - deyə bildirib.

Rusiyalı nazir ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı xaricində İrana qarşı tətbiq olunmuş və oktyabr ayında sona çatacaq silah embarqosunu uzatmağa çalışdığını xatırladıb: “Onlar İranın silah sataraq bölgədə sabitliyi pozacağını iddia edir. Bununla bağlı qətnamə yalnız iki səs qazandı, qalanları ya əleyhinə və ya bitərəf oldu, indi isə ABŞ BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə çalışır".