• 29 Sentyabr 2020
logo
Almaniyada son sutkada koronavirusa 1218 yoluxma qeydə alınıb

Almaniyada son sutkada koronavirusa 1218 yoluxma qeydə alınıb

Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1218 yoluxma faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Beləliklə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 243599 nəfərə çatıb.

Son 24 saat ərzində koronavirusdan 4 nəfər vəfat edib. Almaniyada indiyədək bu virusa yoluxaraq vəfat edənlərin sayı 9302 nəfərdir.