• 1 İyul 2025
logo
Rusiya ÜDM-i bu il 4% azalacaq

Rusiya ÜDM-i bu il 4% azalacaq

2020-ci ildə Rusiyada ÜDM istehsalı təxminən 4% azalacaq.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin jurnalistlərə açıqlamasında deyib.

O həmçinin bildirib ki, artıq gələn il Rusiya iqtisadiyyatı bərpa olacaq. Belə ki, sentyabr-noyabr iqtisadi bərpa və əmək bazarını yenidən işə sala biləcək əsas aylardır: "Məşğulluq bərpa olunmağa, işsizlik isə azalmağa başlamalıdır. Məhz buna nail olmalıyıq".

M. Oreşkin bildirib ki, artan gəlirlər səbəbindən 2020-ci ildə Rusiyanın dövlət büdcəsi gözləniləndən daha yaxşı icra olunacaq.