• 16 Oktyabr 2021
logo
Rusiyada koronavirusa yoluxanların sayı 980 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 980 mini ötüb

Rusiyada son sutka ərzində daha 4829 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 980 405 nəfərə çatıb.

Son sutka ərzində 110 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 914 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.