• 1 İyul 2025
logo
Moskvada yaşayış binasında partlayış olub, yanğın başlayıb

Moskvada yaşayış binasında partlayış olub, yanğın başlayıb

Bu gün Rusiyanın paytaxtı Moskvanın Kubinka küçəsində yaşayış binasında partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partlayışdan sonra binanın 3, 4, və 5-ci mərtəbəsində yanğın başlayıb.

Yanğının yüksək dərəcəli olduğu elan edilib. Hadisə yerində xeyli sayda yanğınsöndürən və texnika cəlb olunub.

Yuxarı mərtəbələrdə yaşayan sakinlər yardım istəyir.

İlkin məlumata görə, bir qadın xəsarət alıb, 10 nəfər xilas edilib.