Gürcüstan Baş naziri Giorgi Qaxarianın imzaladığı qərara əsasən, bu gün bütün ölkə ərazisində Duşeti bələdiyyəsində baş verən faciəvi qəzanın qurbanlarının xatirəsinə ehtiram olaraq matəm günü elan edilib.
Matəm günü ilə əlaqədar ölkə ərazisində bütün inzibati binalarda dövlət bayraqları endirilib.
Qeyd edək ki, avqustun 23-də Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobusun 80 metr yüksəklikdən uçuruma yuvarlanması nəticəsində 17 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.