• 16 Oktyabr 2021
logo
Donald Trampın prezidentliyə namizədliyi təsdiqlənib

Donald Trampın prezidentliyə namizədliyi təsdiqlənib

ABŞ Prezidenti Donald Tramp bu il keçiriləcək prezident seçkilərində təkrar iştirak edəcək.

Trend-in məlumatına görə, onun namizədliyi Şarlott şəhərində keçirilmiş Respublikaçılar partiyasının qurultayında təsdiqlənib.

O, Demokratlar partiyasının namizədi Co Baydenlə mübarizə aparacaq. Bir neçə gün əvvəl Demokratlar partiyasının qurultayında prezidentliyə namizəd qismində Co Bayden və vitse-prezidentliyə namizəd qismində Kamala Harrisin adları təsdiqlənmişdi.

2020-ci ildə ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.