• 13 İyul 2025
logo
Belarus müxalifətinin Koordinasiya Şurası İdarə Heyətinin iki üzvü saxlanılıb

Belarus müxalifətinin Koordinasiya Şurası İdarə Heyətinin iki üzvü saxlanılıb

Belarusda müxalifətin yaratdığı Koordinasiya Şurasının idarə heyətinin üzvlərini polis saxlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, faktı Koordinasiya Şurasının mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, Sergey Dilevski və Olqa Kovalkova polis tərəfindən saxlanılıb.

Koordinasiya Şurasının nümayəndələrinin çevik polis alayının əməkdaşları tərəfindən tutulmasını əks etdirən görüntülər "Belsat" telekanalı tərəfindən yayımlanıb.