• 5 İyul 2025
logo
Almaniyada koronavirusa 711 yeni yoluxma qeydə alınıb

Almaniyada koronavirusa 711 yeni yoluxma qeydə alınıb

Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 711 yeni yoluxma qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Ölkədə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 233575 nəfərə çatıb.
Son 24 saatda Almaniyada koronavrusdan 3 ölüm qeydə alınıb ki, bununla da indiyə qədər ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 9272 nəfərə çatıb.