• 1 İyul 2025
logo
Filippində terror aktlarında ən azı 9 nəfər ölüb

Filippində terror aktlarında ən azı 9 nəfər ölüb

Filippində törədilən terror aktı nəticəsində ən azı 9 nəfər həlak olub.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, patlayışlar Filippinin Sulu əyalətinin Jolo şəhərində törədilib.
Polisin verdiyi məlumata görə bir-birinin ardınca törədilən partlayışlarda 5 hərbiçi və 4 mülki şəxs həyatını itirib.
Bildirilib ki, evdə hazırlanmış bomba yüklü motoskilet hərbi yük maşının yaxınlığında partladılıb. Polis partlayışdan sonra ərazini əhatəyə alarkən ikinci partlayış baş verib.
Məlumata görə, iki partlayışda ən azı 17 əsgər yaralanıb.