• 17 Oktyabr 2021
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 1421 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1421 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1421 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7005 nəfər karantində saxlanılır, 255 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1137 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.