• 20 Yanvar 2021
logo
Rusiyada dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb, bütün sakinlərin aqibəti məlumdur

Rusiyada dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb, bütün sakinlərin aqibəti məlumdur

Rusiyanın Yaroslavl şəhərində qaz partlayışı nəticəsində dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb. APA-nın RİA novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının rəhbəri Oleq Boçarov bildirib ki, sonuncu olaraq 8 yaşlı uşağın meyiti dağıntılar altından çıxarılıb. O, bütün sakinlərin aqibətinin məlum olduğunu, hadisə nəticəsində 3 nəfərin öldüyünü, dörd nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını deyib. Partlayış nəticəsində 12 mənzilə ziyan dəyib, onlardan altısı tamamilə dağılıb.