• 2 İyul 2025
logo
İranda son sutkada koronavirusdan 112 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 112 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 112 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 20 376 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 206 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 354 764 nəfərə çatıb. Ölkədə indiyədək xəstəlikdən 305 866 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 794 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.