• 17 Oktyabr 2021
logo
Rusiyada son sutka ərzində 90 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 90 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 4870 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 946 976 nəfərə çatıb.

Son sutka ərzində 90 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 189 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.