• 26 Oktyabr 2021
logo
Son sutkada İtaliyada koronavirusa 845 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada İtaliyada koronavirusa 845 yeni yoluxma faktı qeydə alınıb

İtaliyada koronavirusa gündəlik yoluxma sayı yenidən artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayı aylar ərzində ilk dəfə rekord həddə - 845-ə çatıb.

Səhiyyə Nazirliyi bildirib ki, Lazio da daxil olmaqla ölkənin üç regionunda gündəlik yoluxma 100-ü keçib.

Qeyd edək ki, İtaliyada pandemiya başlayandan indiyədək 256118 nəfər infeksiyaya yoluxub, onlardan 35418 nəfəri vəfat edib.

Son sutka ərzində koronavirusa yoluxmuş 6 nəfər vəfat edib.