• 24 Oktyabr 2021
logo
Qlobal şirkətlər istehsalatı Çindən çıxarır

Qlobal şirkətlər istehsalatı Çindən çıxarır

Qlobal şirkətlərin üçdə biri artıq istehsalatı və tədarük zəncirlərini Çindən köçürüb və ya bunu yaxın 2-3 ildə etməyi planlaşdırır.

Bu barədə "Gartner Inc" analitik şirkəti tərəfindən aparılan sorğunun nəticələrindən məlum olub.

Araşdırmaya görə, qalan şirkətlər isə bu addımı yaxın 5 il ərzində atmağı düşünür.

Çində rahat istehsalat şəraiti 3 il ardıcıl olaraq məhv edilir. Dünyada məhsul fabriki öncə 2018-2019-cu illərdə Çin və ABŞ, həmçinin ABŞ və Avropa İttifaqı arasında yaşanan ticarət müharibələri zərbə vurub, pandemiya isə qlobal şirkətlərin Çindən getməsini və Çin istehsallı olan komponentlərin qlobal tədarük zəncirlərinin pozulmasını sürətləndirib.

"Bank of America"nın araşdırmasına görə, ABŞ və Avropa şirkətləri istehsalatı Çindən köçürmək üçün 5 il ərzində təxminən 1 trln. ABŞ dolları xərcləyəcək.

Qlobal istehsal sektorunda fəaliyyət göstərən şirkətlərin təxminən 80%-i ölkələr arasındakı sərhədlərin bağlandığı pandemiya zamanı zəncir və tədarük pozuntularına məruz qalıb. Nəticədə, şirkətlərin 75%-i istehsalatını xaricdən vətənlərinə qaytarmaq qərarına gəlib.

Qeyd edək ki, yüksələn ticarət tarifləri və karantin bir çox ölkəni Çin tədarükçülərini Vyetnam, Hindistan və Meksikadan olan alternativ tədarükçüləri ilə əvəzləmək məcburiyyətində qalıb.