• 20 Aprel 2024
logo
İranda güclü zəlzələ oldu, yaralananlar var

İranda güclü zəlzələ oldu, yaralananlar var

Ötən gecə İranın cənub-qərbində Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
M.Səliminin sözlərinə görə, zəlzələ vilayətin bir çox rayonunda güclü şəkildə hiss olunub. Zəlzələ Gəçsaran rayonunda dağ uçqunu və mənzillərin divarlarının çatlamasına gətirib çıxarıb.
Zəlzələ nəticəsində Gəçsaran rayonunda beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.