• 2 İyul 2025
logo
İranda son sutkada koronavirusdan 165 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 165 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 165 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19 804 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 247 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 345 450 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 299 157 nəfər sağalıb.