• 12 İyul 2025
logo
Lukaşenko: “Kim istəyir işləsin, işləmək istəməyənləri məcbur edə bilmərik”

Lukaşenko: “Kim istəyir işləsin, işləmək istəməyənləri məcbur edə bilmərik”

Belarus Prezidenti Aleksandr Lukaşenko müəssisələrdə çalışan fəhlələrin tətil etməsinə münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə Minsk Təkərli Dartıcı Zavoduna (MZKT) ziyarəti zamanı deyib.

“Mən bilirəm ki, heç nəyə baxmayaraq, bəziləri avaralanırlar. Əvvəla hər hansı müəssisədə 150, yaxud 200 nəfər dəyişiklik yaratmır. İkincisi isə anlamaq lazımdır ki, “pis” prezident insanlar küçəyə atılmasın deyə müəssisələrdə lazımından artıq işçi qüvvəsinin qalmasını təşkil edirdi. Qoy kim istəyir işləsin, işləmək istəməyənləri məcbur edə bilmərik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Minsk Traktor Zavodunun işçilərinin bir hissəsi tətil elan edərək Minsk Elektrotexnika Zavodunun əməkdaşları ilə birlikdə prezidentin ziyarət etdiyi MZKT-ya yönəliblər.