• 19 Mart 2024
logo
Nepalda sürüşmə nəticəsində 11 nəfər ölüb, 27 nəfər itkin düşüb

Nepalda sürüşmə nəticəsində 11 nəfər ölüb, 27 nəfər itkin düşüb

Nepalda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.

APA-nın "New York Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nümayəndələr Palatasının mətbuat katibi bildirib.

O deyib ki, Lidi bölgəsində baş verən sürüşmə nəticəsində 27 nəfər itkin düşüb. Ərazidəki 150 evdən 37-si torpaq altında qalıb.

Bu il Nepalda sel və torpaq sürüşmələri nəticəsində 215 nəfər ölüb, 40 nəfər itkin düşüb.