• 20 Aprel 2024
logo
Fələstin BƏƏ-nin İsraillə diplomatik əlaqələrin qurulması barədə razılaşmasını xəyanət adlandırıb

Fələstin BƏƏ-nin İsraillə diplomatik əlaqələrin qurulması barədə razılaşmasını xəyanət adlandırıb

Fələstin rəhbərliyi cümə axşamı ABŞ-ın təşəbbüsü ilə İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı razılıq əldə edilməsində Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) xəyanətdə ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin liderinin mətbuat katibi Nabil Əbu Rudeinan bildirib.

O, qeyd edib ki, bununla bağlı Fələstin rəhbəri Mahmud Abbas təcili iclas keçirib: “Fələstin ərəb dövlətlərini BƏƏ-nin yolu ilə getməməyə çağırır. Fələstin rəhbərliyi qardaşlarına ABŞ-ın təzyiqlərinə tabe olmamaqla bağlı xəbərdarlıq edir”.

subaru.az

Learn more
Məlumat üçün bildirək ki, BƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib. BƏƏ İsraillə diplomatik əlaqələri bərpa edən ilk ərəb ölkəsidir.