• 28 Sentyabr 2020
logo
Nikolas Maduronun məsləhətçisi koronavirusa yoluxub

Nikolas Maduronun məsləhətçisi koronavirusa yoluxub

Venesuela Prezidenti Nikolas Maduronun yaxın məsləhətçisi, ölkənin Kommunikasiya naziri Xorxe Rodrigez yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazir özü məlumat verib.

X. Rodrigez bildirib ki, infeksiyaya yoluxmasına baxmayaraq, o, özünü yaxşı hiss edir.
“Ümumilikdə özümü yaxşı hiss etsəm də özünütəcrid qaydalarına əməl etməli və virusun öhdəsindən gəlmək üçün lazımi müalicəni almalıyam”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Venesuelada pandemiya başlayandan indiyədək 29 min nəfər COVID-19-a yoluxub, 247 nəfər ölüb.