• 16 Aprel 2024
logo
Somalidə partlayış törədilib, ölən var

Somalidə partlayış törədilib, ölən var

Somalinin paytaxtı Moqadişuda baş verən partlayış nəticəsində bir nəfər ölüb, digəri yaralanıb.

Bu barədə Somalinin “Gubjug News” xəbər portalı məlumat yayıb.

Partlayış paytaxtın Vaberi rayonunda baş verib. Partlayıcının yolun kənarına quraşdırıldığı və avtomobil keçərkən partladıldığı bildirilir. Ölənlər və yaralılar avtomobildə olub. Onların şəxsiyyətləri açıqlanmır.