• 24 Sentyabr 2020
logo
Avqustun 13-dən etibarən ABŞ dövlət qurumları Çin şirkətlərinin tərəfdaşları ilə işləyə bilməyəcəklər

Avqustun 13-dən etibarən ABŞ dövlət qurumları Çin şirkətlərinin tərəfdaşları ilə işləyə bilməyəcəklər

13 Avqust 2020-ci il tarixindən etibarən bir sıra Çin şirkətlərinin avadanlıqlarını, sistem və xidmətlərini istifadə edən ABŞ hökumət podratçıları hökumətlə yeni müqavilələr bağlaya və ya mövcud müqavilələri yeniləyə bilməyəcəklər. “APA-Economics” “SecurityLab”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin ABŞ hökumətinin rəsmi sənədlərinin Federal Reyestrində 11 avqust tarixində dərc edilən 2019-cu maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Qanununda bildirilir.

Qadağa Huawei, ZTE, Hytera, HHDT və Dahua kimi Çin şirkətlərinin, eləcə də onların törəmə şirkətlərinin məhsullarına şamil olunur.

Qeyd edək ki, sənədə əsasən, qadağa iki mərhələdə tətbiq olunur. 13 avqust 2019-cu il tarixinə təyin olunan birinci qadağa yuxarıdakı istehsalçıların məhsullarının federal alışını qadağan edirdi.

13 avqust 2020-ci ilə təyin olunan ikinci qadağa isə federal agentliklərə Çin məhsul və xidmətlərindən istifadə edən podratçılarla müqavilə bağlamağı qadağan edir.