• 24 Aprel 2024
logo
İsveçdə dilənmək üçün hökumətə 25 avro ödənilməlidir

İsveçdə dilənmək üçün hökumətə 25 avro ödənilməlidir

İsveçin Eskilstuna şəhərində dilənçiliklə mübarizənin yeni növü tətbiq olunub.
Trend-in məlumatına görə, avqustun 1-dən etibarən bu şəhərdə dilənçiliklə məğul olmaq üçün yerli polisdən rəsmi icazə almaq lazımdır.
İcazənin məbləği 25 avro təşkil edir. Bundan başqa, icazəni alan şəxs İsveç ərazisində leqal şəkildə yaşamalı və İsveç sosial sığorta nömrəsinə malik olmalıdır.
Şəhər rəhbərliyinin sözlərinə görə, bu addım dilənçiliyi daha da çətinləşdirmək üçün atılıb.