• 26 Sentyabr 2020
logo
Rusiyanın Səhiyyə naziri: “COVID-19 peyvəndinin ilk partiyası iki həftə ərzində buraxılacaq”

Rusiyanın Səhiyyə naziri: “COVID-19 peyvəndinin ilk partiyası iki həftə ərzində buraxılacaq”

“Koronavirusa qarşı peyvənd istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Səhiyyə naziri Mixail Muraşko keçirdiyi brifinqdə deyib.

O, ilk növbədə Rusiya vətəndaşlarının tələbatının ödənilməsinin vacib olduğunu bildirib.

Rusiyalı nazir peyvəndin xaricə ixrac olunması potensialının olduğunu da vurğulayıb.

M. Muraşko peyvəndin ilk partiyasının iki həftə ərzində buraxılacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.