• 27 Sentyabr 2020
logo
Almaniyalı nazir: “Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi haqda çox az şey bilirik”

Almaniyalı nazir: “Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi haqda çox az şey bilirik”

Almaniyanın Səhiyyə naziri Yens Spahn Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir "Deutschlandfunk" radiosuna deyib ki, effektiv, sınaqdan keçmiş və təhlükəsiz peyvəndi əldə etmək vacibdir.

“Belə bir peyvəndə etibar etmək üçün, hətta pandemiya dövründə də düzgün araşdırmalar aparmaq, müvafiq testlər etmək və xüsusilə də nəticələri ictimaiyyətə çatdırmaq çox vacibdir. Problem ondadır ki, Rusiya hakimiyyəti bu məsələdə çox şəffaf olmadığından bu barədə çox az şey bilirik”, - deyə almaniyalı nazir qeyd edib.

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini açıqlayıb. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.