• 25 Yanvar 2021
logo
Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Belarusu tərk edib

Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Belarusu tərk edib

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.

APA-nın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius "Twitter"də bildirib.

"Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır", - XİN başçısı qeyd edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.